Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / ADR-in üzvü Əyyub Çələbi həbs olundu – Rəsmi

ADR-in üzvü Əyyub Çələbi həbs olundu – Rəsmi

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Gənclər Təşkilat komitəsinin üzvü Əyyub Çələbi həbs edilib.
Bu barədə Daxili İşlər Nazilriyi məlumat yayıb.
Qurumun mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb:
“O, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib”.
DİN Ə. Çələbinin hansı əsasla saxlanıldığını və həbs edildiyini açıqlamayıb.
Qeyd edək ki, yaxınları sosial şəbəkələr vasitəsilə Əyyub Çələbinin fevralın 10-u saat 18 radələrində mağazaya getmək üçün evdən çıxdığını və geri qayıtmadığını bildiriblər.
Qeyd olunur ki, qonşuları mülki geyimli şəxslərin onu maşına əyləşdirərək ərazidən uzaqlaşdığını bildiriblər.

Həmçinin oxuyun

“ƏDV-dən kənar görülən işlərin 15 faizi Nəcməddin Sadıkova verilirdi”

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi …