Ana səhifə / Kriminal / 8 aylıq körpə beşikdən yıxılıb öldü – Sabirabadda

8 aylıq körpə beşikdən yıxılıb öldü – Sabirabadda

Sabirabadda azyaşlı beşikdən yıxılaraq ölüb.
Azinforum.az  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Poladtuğay kəndində baş verib.
Kənd sakini Şahin Məmmədovun qızı, 2018-ci il təvəllüdlü Məmmədova Sədəf Şahin qızı yaşadığı evdə beşikdən yıxılıb.
Uşaq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …