Bazar ertəsi , May 20 2024
Ana səhifə / İqtisadiyyat / Təhsil Nazirliyi: 2018-ci ilin yanvarından 45 min müəllimin maaşı artırılacaq

Təhsil Nazirliyi: 2018-ci ilin yanvarından 45 min müəllimin maaşı artırılacaq

2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları 2018-ci ilin yanvar ayından artırılacaq.

“Report”un xəbərinə görə, bu haqda Təhsil Nazirliyinin 2017-ci il üzrə təqvim ilinin təhsil xronikasında məlumat verilib.

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqısı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Bu il 45 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib. Bununla da 145 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb.

Həmçinin oxuyun

“Azərbaycanda əməkhaqqı artımı yox, daha çox gizli ödənişin azaldılması prosesi getdi”

Azərbaycanda bu ilin ilk 3 ayında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 985.3 manat …