Ana səhifə / İqtisadiyyat / Səlahəddin Dəmirtaş separatçı ermənilərin mövqeyini dəstəklədi

Səlahəddin Dəmirtaş separatçı ermənilərin mövqeyini dəstəklədi

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş erməniləri mövqeyini dəstəkləyən bəyanatla çıxış edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, PKK terror təşkilatının siyasi qanadı olan HDP-nin Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edən Dəmirtaş cəbhə xəttində yaranan gərginliyə də münasibət bildirib. O, Azərbaycanla Ermənistanın danışıqlar masasına oturmasının vacib olduğunu deyib: “Türkiyə hökuməti bu yanğını körükləyir. Qarabağ muxtar bölgəydi, oradakı insanlar necə istəyirlərsə, elə yaşamalıdırlar. Onların istəklərinə hörmət edilməlidir. Bu məsələ hərbi yolla yox, sülh yolu ilə həllini tapmalıdır. Hazırda Qafqazda yeni savaş bir qətliama səbəb ola bilər. Lütfən, bu savaşı dayandırın”.

Həmçinin oxuyun

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. …

Bir cavab yazın