Ana səhifə / İqtisadiyyat / QDTİB Azərbaycanda biznes üçün yeni imkanları nəzərdən keçirir

QDTİB Azərbaycanda biznes üçün yeni imkanları nəzərdən keçirir

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) hələlik Azərbaycanda müəssisə və bankların yeni səhmlərini almağı planlaşdırmır.

Bu barədə Trend-ə bankdakı mənbə məlumat verib.

Onun sözlərinə görə, bu gün bank üçün əsas prioritet biznes fəaliyyətinin inkişafını müəssisələrin səhmlərini almaqla yox, onlara kreditlərin verilməsi yolu ilə həyata keçirməkdir:

“Biz indi Azərbaycanda biznes üçün yeni imkanlar müəyyənləşdirməyə və kreditləşdirə biləcəyimiz layihələri ayırmağa çalışırıq”.

Eyni zamanda bank üçün infrastruktur layihələri də xüsusi maraq doğurur və bu sahədə QDTİB mövcud olduğu ölkələrdə bələdiyyələrlə işini davam etdirmək niyyətindədir.

Qeyd edək ki, QDTİB “AccessBank”ın səhmlərinin 20 faizini, eləcə də Azərbaycanda layihələri kreditləşdirən “SEAF Caucasus Growth Fund” şirkətinin səhmlərinin 21,39 faizinə sahibdir. Ümumilikdə QDTİB müxtəlif ölkələrdə 10-a yaxın şirkət və bankda pay sahibidir.

Həmçinin oxuyun

Yumurta kəskin ucuzlaşdı: Bəs toyuq əti?

Hazırda satış məntəqələrində süfrə yumurtasının qiyməti 9 qəpikdir. Əvvəlki aylarla müqayisə etsək, yumurtanın qiyməti 20 …