Ana səhifə / İqtisadiyyat / Naxçıvandan digər bölgələrə satış üçün aparılan məhsulların yol xərcləri kompensasiya ediləcək

Naxçıvandan digər bölgələrə satış üçün aparılan məhsulların yol xərcləri kompensasiya ediləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında yerli xammala əsaslanan istehsal məhsullarının Azərbaycan Respublikasının digər bölgələrinə satış üçün daşınmasında yaranan xərclərin kompensasiya edilməsi Qaydaları”nı təsdiq edib.

ONA-nın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasının digər bölgələrinə satış üçün aparılan muxtar respublikadakı yerli xammala əsaslanan istehsal məhsullarının rəqabət qabiliyyətinin artırılması, yeni bazarlara çıxışın təmin olunması üçün yük maşınlarının tranzit hərəkəti zamanı İran İslam Respublikasında alınan müxtəlif növ ödənişlərə görə yol xərcləri kompensasiya ediləcək.

Həmçinin oxuyun

İqtisadiyyatda şəffaflaşma davam etməlidir – TƏHLİL

İqtisadiyyatımızda şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik …