Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / İqtisadiyyat / Kərə yağı ucuzlaşdı – Fotofakt

Kərə yağı ucuzlaşdı – Fotofakt

Dövlət başçısının göstərişindən sonra Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması həftəsonu kərə yağının qiymətinə təsir edib.

Musavat.com-un əməkdaşı xəbər verir ki, paytaxtın iri ticarət mərkəzlərində Yeni Zelandiya istehsalı olan “Golden Grown” markalı kərə yağı 80 qəpik ucuzlaşaraq, 17.10 AZN-dən 16.30-a düşüb. “Westgold” kərə yağının qiymətində də endirim qeydə alınıb. Belə ki, bu kərə yağının bir kiloqramı 70 qəpiyədək ucuzlaşıb. Hazırda yağın qiyməti 16.80 AZN-dir. Satıcıların musavat.com-a bildirdiyinə görə, hələlik yalnız adıçəkilən kərə yağlarının qiyməti enib, bu isə gömrük rüsumlarının aşağı salınması ilə bağlıdır. Hələlik endirimlər duru yağlara tətbiq olunmayıb. Ancaq 2018-ci ilin ilk ayından kərə yağının digər növlərinin qiymətinin də azalacağı, həmçinin qiyməti artıq aşağı düşmüş yağ növlərinin bir daha ucuzlaşacağı barədə xoş xəbər var.

    

Həmçinin oxuyun

Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır

Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın “OOO Aeroekspress Media” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Bir mənbədən satınalma …