Sosial şəbəkədə biz:
İşçilərin sayı “dövlət”də 17 min azalıb, “özəl”də 46,5 min nəfər artıb
Xəbər Şəkli

İşçilərin sayı “dövlət”də 17 min azalıb, “özəl”də 46,5 min nəfər artıb

11 February 2026, 14:56
İqtisadiyyat

Bu ilin yanvar ayının 1-ə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər olub.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 29,5 min nəfər və ya 1,7% artıb.
Qeyd edək ki, ötən il ərzində dövlət sektorunda çalışan işçilərin sayı 17 min nəfər və ya 1,9% azalaraq 865,8 min nəfərə düşüb. Qeyri-dövlət sektorunda çalışan işçilərin sayı isə 46,5 min nəfər və ya 5,2% artaraq 942,2 min nəfərə yüksəlib.