Bazar ertəsi , May 13 2024
Ana səhifə / İqtisadiyyat / “Hökuməti seçki ilə dəyişə bilməsək, yenə 2-3 pilləli devalvasiya olacaq”

“Hökuməti seçki ilə dəyişə bilməsək, yenə 2-3 pilləli devalvasiya olacaq”

“Hökuməti seçki ilə dəyişə bilməsək, 2025-ci ildə yenə 2-3 pilləli devalvasiyaya gedib 10 il sabit məzənnə rejiminə keçəcək və ən pisi budur ki, hökumət dəyişsə də devalvasiya olacaq, çünki bu 30 ildə yetim manata balaca “hovuz” da “tikmədilər” ki, yavaş-yavaş “üzməyi” öyrənsin”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli rublun dəyərdən düşməsini şərh edərkən özünün Feysbuk hesabında yazıb.
“Rusiya Dumasının Maliyyə Bazarları Komitəsinin sədri deputat Aksakov (Anatoli Aksakov – red.) deyir ki, Rusiya əhalisi dollar-avronun məzənnəsi ilə maraqlanmır, sitat, “əhalinin vecinə də deyil, onlar kursa çoxdan tüpürüblər”. Aksakovun sözlərinə görə məzənnə əhalinin 99%-nə təsir etmir, onlar xaricə getmir, ona görə də dolların 101 rubl olmasını əhali gülümsəyərək qarşılayır.
Avtoritar rejimlərin ən iyrənc tərəflərindən biri ağ yalandır, rejim qulları insanları axmaq yerinə qoyub yalan danışır – Rusiyada qiymətlər birbaşa məzənnədən asılıdır, rublun son aylar 30-35% dəyər itirməsi inflyasiyanı sürətləndirib, qiymətlər günbəgün artır. Xaricə getməyən, Putini sevən orta statustik rusiyalı dükan-bazara da getmir?!” – İqtisadçı bildirib.
Natiq Cəfərli yaxın illərdə manatı da oxşar taleyin gözlədiyini proqnozlaşdırır:
“Rubl-lirə dəyərdən düşən kimi bizdə də manatın taleyi aktuallaşır, bizdə məzənnə inzibatidir, “iqtisadi zopa” ilə tənzimlənir, qadağalar və məhdudiyyətlərlə 1,7 səviyyəsində saxlanılır. Hökumət bizdə eyni şeyi 2005-2015-ci illərdə düz 10 il etdi, ən pis “ənənələrə” sadiq olan hökumətimiz yenə eyni səhvi edərək 10 il məzənnəni sabit saxlayacaq, yəni, bizdə manatla bağlı proseslər 2025-dən, bir referendum, 3 seçki prosesindən sonra başlayacaq. Hökuməti seçki ilə dəyişə bilməsək, 2025-ci ildə yenə 2-3 pilləli devalvasiyaya gedib 10 il sabit məzənnə rejiminə keçəcək və ən pisi budur ki, hökumət dəyişsə də devalvasiya olacaq, çünki bu 30 ildə yetim manata balaca “hovuz” da “tikmədilər” ki, yavaş-yavaş “üzməyi” öyrənsin.
Hökumət devalvasiyaya getmir, amma sürətlə manatın alıcılıq qabiliyyəti ölür – əslində bu, devalvasiyadan heç də az təhlükəli deyil, insanların real gəlirlərini “yeyib-bitirən” yanaşmadır…”

Həmçinin oxuyun

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb

Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un …