Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Heyvandarlıqla məşğul olan şirkət Xırdalanda binaları təmir edəcək – FOTO

Heyvandarlıqla məşğul olan şirkət Xırdalanda binaları təmir edəcək – FOTO

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər üzrə nümayəndəliyinin mayın 24-də “Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satınalınması” üzrə elan etdiyi tenderin nəticələri və qalibi məlum olub. 

Tenderin qalibi “Orbis Group” MMC (VÖEN – 1306892671) elan olunub və tərəflər arasında maliyyə dəyəri 493 604 manat olan satınalma müqaviləsinin imzalanması nəzərdə tutulub. 

Müqavilənin şərtlərinə əsasən, Xırdalan şəhərinin 27-ci məhəlləsində yerləşən 5 mərtəbəli 8 bloklu13-a və 13-b binalarının pilləkən qəfəslərinin təmiri məqsədilə 1950 kvmetr sahədə divardan suvağın sökülməsi, divarların binderlə yuyulması, 2 qat mata ilə hamarlanması və sulu voya ilə boyanması, işləri həyata keçiriləcək.

Həmin binada həmçinin 33,6 kvmetr sahədə yararsız pəncərə şüşəpaketlərinin dəyişdirilməsi, 22,4 kvmetr sahədə qapı bloklarının söküntüsü və metal qapı bloklarının quraşdırılması, 51,5 kvmetr sahədə metal səthlərin yağlı boya ilə iki dəfə rənglənməsi, 240 paqon-metr sahədə məhəccərlərdə köhnə taxta üzlüklərin sökülməsi və məhəccərlərin taxta materiallarının üzlənməsi, 14,4 kvmetr sahədə məhəccərlərin rənglənməsi, 33,6 kvmetr sahədə irişin üstü panelin rulon materialının söküntüsü və əridilən materialdan 2 qat mailli dam örtüyünün quraşdırılması, 120 kvmetr sahədə yararsız metlax tavaların söküntüsü və metlax tavaların vurulması, 20 kvmetr sahədə pilləkənin qlay tavaların söküntüsü və giriş pilləkəninin aqlay tavalarla üzlənməsi və digər 130 adda təmir işləri davam etdiriləcək.

Qeyd edək ki, internet resurslarında “Orbis Group” MMC haqqında ətraflı məlumat əldə etmək mümkün deyil.

Ancaq mühüm bir məsələ ondan ibarətdir ki, şirkət iri və xırda buynuzlu heyvandarlıq sahəsində ixtisaslaşıb və damazlıq danaların satışını həyata keçirir. 

Belə ki, 9 yanvar 2019-cu ildə “tezbazar.az” satış və elan saytında həmin heyvanların alış və satışını həyata keçirmək üçün elan dərc olunub və Elşad adlı şəxs əlaqələndirici şəxs kimi qeydiyyatdan keçib. Hətta “Aqrar.az” saytının “facebook” səhifəsində Orbis Group tərəfindən Ukraynada yetişdirilən damazlığa yararlı sağlam inəklərin satıldığı barədə məlumat yer alıb. 

Bizim.Media

Həmçinin oxuyun

Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

“Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Avropa İttifaqı, həm də Çin …