Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Gərginləşən Rusiya iqtisadiyyatının Azərbaycana təsiri

Gərginləşən Rusiya iqtisadiyyatının Azərbaycana təsiri

Rublun dəyərdən düşməsi Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsulların bahalaşmasına səbəb olur”

Rusiya rublu dollar qarşısında dəyər itirib.

Səbəb kimi sanksiyaların təsiri göstərilir.

Bir dollar 93 rubladək zəifləyib.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina rublun son zəifləməsinin bankın qarşıdakı pul siyasəti iclaslarında nəzərə alacağını, pro-inflyasiya riskləri daşıdığını söyləyib.

Rubl dollara nisbətdə 92-ni keçərək son 15 ayın ən aşağı səviyyəsinə düşüb.

“Bloomberg” isə yazır ki, Rusiya rublu bu il ən pis performans göstərən valyutalar sırasındadır.

Halbuki ötən ay Rusiyada Baş nazirin birinci müavini Andrey Belousov bir dollar üçün 80-90 diapazonunu “optimal” adlandırmışdı.

Rublun enməsi siyasi riskləri artırır, enerji gəlirlərini azaldıb.

Nəticədə büdcə gərginləşib. Bu, Rusiya iqtisadiyyatına beynəlxalq sanksiyaların nəticəsidir.

Ölkədə idxalın bərpası sabit valyutaya tələbi artırıb.

Ev təsərrüfatları və bizneslər təhlükəsizlik baxımından pullarını ölkədən kənara köçürür.

Xaricdə saxlanılan əmanətlər 2022-ci ilin əvvəlindən 2023-cü ilin may ayına qədər 43,5 milyard dollar artıb.

Bəs Rusiya valyutasının zəifləməsi, iqtisadiyyatındakı gərginlik Azərbaycana necə təsir edə bilər?

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır, oradakı gərginlik ölkə iqtisadiyyatına təsir edə bilərmi?

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, son iki ayda rubl dollara nisbətən 14 faiz ucuzlaşıb.

Səbəb isə sanksiyalardır, qadağalar rublu sıxır.

İqtisadçı bildirib ki, bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Digər tərəfdən, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.

Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur.

Bu baxımdan, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının rubl ifadəsində bahalaşmasına səbəb olur:

Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil. Tədiyə balansında profisit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5.1 faiz möhkəmləndirib”.

Vüqar Bayramov deyir ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu aspektdən, ixracatın strukturunun keyfiyyət baxımdan daha da təkmilləşdirilməsi prioritetdir:

“Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılıdır”.

2022-ci ilin 29 martından rubl dəyər itirməyə başlayıb.

Ekspertlər həmin vaxtdan rublun ucuzlaşmaqda davam edəcəyini, 1 dollar üçün 90 rubl həddini keçəcəyini proqnoz edirdilər.

Həmçinin oxuyun

Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

“Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Avropa İttifaqı, həm də Çin …