Ana səhifə / İqtisadiyyat / FED ilin sonunadək uçot dərəcəsinin 1,5 faizlik artımını istisna etməyib

FED ilin sonunadək uçot dərəcəsinin 1,5 faizlik artımını istisna etməyib

Sent-Luisin FED (Federal Ehtiyat Sistemi-red) rəhbəri Ceyms Bullard noyabr və dekabr aylarında keçirdiyi hər iclasda FED-in uçot dərəcəsini 75 baza bəndi artıracağını güman edir. 

Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.

Bullardın sözlərinə görə, FED-in faiz artımı tədbirləri indiyədək maliyyə bazarında yalnız “nisbətən aşağı” stressə səbəb olur.

Sentyabrın 21-də Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb. Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2022-ci ilin sonuna qədər uçot dərəcəsini 4,25-4,5%-ə qədər artıracağını gözləyirdilər.

FED həmçinin öz aktivlərini və uçot dərəcəsini azaltmağa davam edəcəyini təsdiqləyib.

Həmçinin oxuyun

Yumurta kəskin ucuzlaşdı: Bəs toyuq əti?

Hazırda satış məntəqələrində süfrə yumurtasının qiyməti 9 qəpikdir. Əvvəlki aylarla müqayisə etsək, yumurtanın qiyməti 20 …