Bu ilin ilk 3 rübündə Azərbaycan banklarının faiz gəlirləri 4 milyard 182,8 milyon manat olub.
Faiz gəlirlərinin həcminə görə ilk sırada “Kapital Bank” ASC qərarlaşıb.
Bankın bu ilin ilk 9 ayındakı faiz gəlirləri 986,3 milyon manat təşkil edib.
İkinci sırada Azərbaycan Beynəlxalq Bankı (ABB) yer alıb. ABB-nin faiz gəlirləri 937,2 milyon manat olub. İlk üçlüyü 441,6 milyon manat faiz gəliri ilə “PAŞA Bank” ASC tamamlayıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 21 bankın ümumi faiz gəlirlərinin 56,1%-i və ya 2 milyard 365,1 milyon manatı bu üç bankın payına düşüb.
Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin ilk 3 rübündə faiz gəlirləri aşağıdakı kimi olub:
Kapital Bank – 986,3 milyon manat;
ABB – 937,2 milyon manat;
PAŞA Bank – 441,6 milyon manat;
Bank Respublika – 240,4 milyon manat;
Unibank KB – 222,9 milyon manat;
AccessBank – 216,1 milyon manat;
Bank of Baku – 164,1 milyon manat;
Yelo Bank – 153,5 milyon manat;
Xalq Bank – 152,9 milyon manat;
Rabitəbank – 118,5 milyon manat;
Azər Türk Bank – 105,7 milyon manat;
TuranBank – 84,6 milyon manat;
Ziraat Bank Azərbaycan – 83,2 milyon manat;
Expressbank – 70,2 milyon manat;
Yapı Kredi Bank Azərbaycan – 51,8 milyon manat;
AFB Bank – 38,9 milyon manat;
Azərbaycan Sənaye Bankı – 35,4 milyon manat;
Bank VTB (Azərbaycan) – 31,3 milyon manat;
Premium Bank – 30,7 milyon manat;
Bank Avrasiya – 13,7 milyon manat;
Bank Melli İran Bakı filialı – 3,9 milyon manat.