Sosial şəbəkədə biz:

Anar Bayramov səhiyyə naziri təyin edilib

Anar Bayramov səhiyyə naziri təyin edilib
Xəbər Şəkli
19 October 2026, 16:38
Gündəm

Anar Bayramov səhiyyə naziri təyin edilib.

Bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Qeyd edək ki, dövlət başçısının Fərmanına əsasən TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək, baş nazirin müavini təyin edilib.

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Teymur Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.