Yaqub Eyyubov 1945-ci ildə doğulub, müdafiə sənayesi naziri Vüqar Mustafayevin isə 40 yaşı var
Dövlət başçısı bu gün Anar Bayraovu səhiyyə naziri təyin edib. Prezident Teymur Musayevi nazir vəzifəsindən azad edərək, ona baş nazir Əli Əsədovun müavini postunu həvalə edib. İndiyədək Əli Əsədovun 3 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Şahin Mustafayev və Samir Şərifov. Baş nazirin birinci müavini Yaqub Eyyubov, Şahin Mustafayev və Samir Şərifov.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev 1986-cı, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1983-cü, elm və təhsil naziri Emin Əmrullayev 1982-ci, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov 1981-ci, maliyyə naziri Sahil Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1980-ci ildəndir.
Ədliyyə naziri Fərid Əhmədov, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 1979-cu, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 1977-ci, iqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı, səhiyyə naziri Anar Bayramov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1975-ci, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 1974-cü, xarici işlər naziri Ceyhun Bayramov 1973-cü, baş nazirin müavini Teymur Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 1970-ci ildə dünyaya gəlib.
Müdafiə naziri Zakir Həsənov 1959-cu, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1958-ci, baş nazir Əli Əsədov 1956-cı, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 1954-cü, baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə doğulub. Musavat.com