Ana səhifə / İqtisadiyyat / Ermənistanın vilayət qubernatoru narkoman çıxdı

Ermənistanın vilayət qubernatoru narkoman çıxdı

“Ermənistanın Syunik vilayətinin qubernatoru Suren Xaçatryan narkomandır. O, yol verdiyi qanun pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır”.

APA-nın verdiyi məlumata görə, bunu Ermənistanın müxalif “İrs” partiyasının funksioneri, deputat Zarui Postancanyan deyib.

“Mən əvvəllər də bu adamın məsuliyyətə cəlb olunmasını tələb etmişəm. Ekspertizanın nəticələri onun narkotik asılılığını təsdiq edib. Lakin Suren Xaçatryan məsuliyyətdən qaça bilib. İndi isə onun oğlunun adı insidentdə hallanır. Bir neçə nəfər gənc bədən xəsarəti alıb, bir nəfərin gözü zədələnib. Günahkarlar cəzalandırılmalıdır, lakin ilk növbədə Suren Xaçatryanı cəzalandırmaq lazımdır”, – deyə o vurğulayıb.

Həmçinin oxuyun

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. …

Bir cavab yazın