Sosial şəbəkədə biz:
Enerji böhranı dərinləşir: İtaliya Azərbaycanı seçir
Xəbər Şəkli

Enerji böhranı dərinləşir: İtaliya Azərbaycanı seçir

20 March 2026, 17:49
İqtisadiyyat

İtaliya Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündə yaranan fasilələr fonunda alternativ mənbələr axtarır və bu məqsədlə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrlə danışıqlar aparır.

“Reuters”in məlumatına görə, bunu İtaliyanın enerji naziri Gilberto Piketto Fratin bildirib.

Nazirin sözlərinə görə, İranın Qətərin qaz infrastrukturuna endirdiyi zərbələr tədarük zəncirində ciddi fasilələrə səbəb olub.

Fratin əlavə edib ki, İtaliya yaranmış vəziyyətə baxmayaraq, Avropa İttifaqı ilə birlikdə Rusiyadan qaz idxalına qayıtmağı planlaşdırmır.

Məlumata görə, İtaliya alternativ tədarük marşrutları çərçivəsində ABŞ, Azərbaycan və Əlcəzairlə təmaslarını davam etdirir.

QatarEnergy şirkətinin məlumatına əsasən, hücumlar nəticəsində ölkənin LNG ixrac gücünün təxminən 17 faizi sıradan çıxıb. Bu isə illik təxminən 20 milyard dollar həcmində itki riski yaradır və Avropa ilə Asiya bazarlarına tədarükləri təhlükə altına qoyur. AzVision.az