Şənbə , May 11 2024
Ana səhifə / İqtisadiyyat / Böyük mənfəəti olsa da vergi ödəməyib

Böyük mənfəəti olsa da vergi ödəməyib

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası 2017-ci ilin yekununda 30,5 milyon manat məbləğində mənfəət əldə edib. Bununla yanaşı, holdinqin konsolidə edilmiş maliyyə hesabatında mənfəət vergisi üzrə göstəricilər yoxdur.

2017-ci ildə “Akkord” və onun törəmə şirkətlərinin satılan mallar və görülən işlər üzrə daxilolmaları 228,8 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 74,4 faiz çoxdur. İnzibati, ümumi və maliyyə xərcləri, eləcə də investisiya itkiləri gəliri 30,5 milyon manata azaldıb. Bu il yanvarın 1-nə olan vəziyyətə görə, korporasiyanın 7,5 milyon manat məbləğində öhdəlməmiş zərəri var. Eyni zamanda, “Akkord” cari vergilər üzrə dövlət büdcəsinə 5 milyon manatdan çox borcludur. Maliyyə hesabatına müsbət rəyi “Abak-Az Crovve Ltd” şirkəti verib.

Həmçinin oxuyun

BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər …