Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Bakının məşhur bazarı bağlanır

Bakının məşhur bazarı bağlanır

Bakıda keçmiş SSRİ zamanından qalan məşhur bazarlarından biri ləğv olunur.
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Montin bazarı”nın sahibi olan “Montin-Bazar” ASC (VÖEN – 1500161721) ləğv olunduğunu açıqlayıb.
Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 8, mənzil 9 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Montin-Bazar” ASC 08.10.1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 194 min 682 manat olan ASC-nin qanuni təmsilçisi Quliyeva Emiliya Əlisa qızıdır.

Həmçinin oxuyun

Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

“Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Avropa İttifaqı, həm də Çin …