Sosial şəbəkədə biz:

“Azərkosmos”un ixrac gəlirləri 7,3 azalıb, zərəri iə 380 milyon manata çatıb

“Azərkosmos”un ixrac gəlirləri 7,3 azalıb, zərəri iə 380 milyon manata çatıb

Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) tərəfindən peyk telekommunikasiya xidmətlərinin ixracı azalıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac jurnalı”nın avqust sayında göstərilir ki, 2025-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” dünyanın 41 ölkəsinə 10,1 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.  

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz azdır. Ümumilikdə, Azərbaycan şirkətindən peyk telekommunikasiya xidmətləri alan ölkələrin sayı da azalıb. Belə ki, ötən ilin yanvar-iyul aylarında Kosmik Agentlik 48 ölkəyə xidmət ixrac edə bilmişdi.

Jurnala görə, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib.

2025-ci ilin iyul ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib. Bu, iyun ayına nisbətən İKT ixracında 6,3 faiz artım deməkdir.

Cari ildə peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşliyə Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Türkiyə və Misir kimi dövlətlər daxildir.

Ümumilikdə, Kosmik Agentliyin 2024-cü ilə dair maliyyə hesabatına görə, qurumun ümumi zərəri 379 milyon 574 min manata çatıb. Ötən il Agentlik itkilərini 2023-cü illə müqayisədə 40,8 faiz azalda bilib. Belə ki, Agentliyin itkisi 2023-cü ildə 54 milyon 454 min manat idisə, 2024-cü ildə bu rəqəm 32,25 milyon manat olub.

2024-cü ildə göstərdiyi xidmətlərin dəyəri 38,1 milyon manat olduğu halda, gəliri 37,7 milyon manat təşkil edib. Hesabata görə, 2013-cü ildən başladığı kommersiya fəaliyyətinin nəticəsi olaraq “Azərkosmos” indiyə qədər 650 milyon manat gəlir əldə edib.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol