Sosial şəbəkədə biz:

Azərbaycanda investisiya şirkətlərinin dövriyyəsi: 60 milyardı ötüb

Azərbaycanda investisiya şirkətlərinin dövriyyəsi: 60 milyardı ötüb

2025-ci ilin ilk səkkiz ayı Azərbaycanın investisiya şirkətlərinin birja əməliyyatlarının ümumi dövriyyəsi bu dövr ərzində 60 milyard manatı ötüb.

Azinforum.az FED.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bazarın 83%-dən çoxu iki şirkətin – "PAŞA Kapital” və "ABB İnvest”in payına düşür.

Reytinq cədvəlinə 28,3 milyard manatlıq əməliyyat həyata keçirmiş "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC rəhbərlik edir. Ondan cüzi fərqlə geri qalan "ABB İnvest İnvestisiya Şirkəti" QSC isə 23,9 milyard manatlıq dövriyyə ilə ikinci pillədədir.

Əməliyyatların həcminə görə sonrakı yerləri Assist Finance İnvestisiya Şirkəti ASC (3 milyard manat) və "CPM-İnvest İnvestisiya Şirkəti" QSC (3,4 milyard manat), "Xalq Kapital" (1,8 milyard manat), "Invest-Az" (1,6 milyard manat) və "Unicapital" (1,4 milyard manat) tutur. Bu beş şirkətin ümumi dövriyyəsi təxminən 10 milyard manat təşkil edir.

Əməliyyatları 1 milyarddan az olan şirkətlər "Capital Partners" (917 milyon manat) və "Troni İnvestisiya Şirkəti"dir (529 milyon manat). "CFI Financial", "İnno Kapital" və "MFX Trading" isə bu il hələlik 148-199 milyon manat dövriyyə ediblər.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol