Azərbaycanda benzin və dizel istehsalı azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 233,6 min ton avtomobil benzini, 383,2 min ton dizel yanacağı istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil benzininin istehsalı 8,8%, dizel yanacağının istehsalı isə 16,2% azalıb.