Azərbaycan neftinin qiyməti 114 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,3 dollar və ya 2 % azalaraq 113,7 dollar təşkil edib.
“Brent” markalı neftin may fyuçerslərinin qiyməti 109,58 dollar təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,14 dollar və ya 2,84 % azalaraq 107,24 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollardan hesablanıb.