Sosial şəbəkədə biz:

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 31%-dən çox azalıb

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 31%-dən çox azalıb
Xəbər Şəkli
25 August 2026, 07:10
İqtisadiyyat

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 521 milyon 603 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% aşağıdır.

Hesabat dövründə Azərbaycanın ABŞ-yə ixracı 52,5% artaraq 64 milyon 351,51 min dollara çatıb. Əksinə, ABŞ-dən Azərbaycana idxal 36,3% azalaraq 457 milyon 252,33 min dollar təşkil edib. 

Beləliklə, ABŞ ilə ticarətin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 1,7% olub. ABŞ-yə ixrac ümumi ixracın 0,3%-ni, bu ölkədən idxal isə ümumi idxalın 4,6%-ni formalaşdırıb.

Ümumilikdə, Azərbaycanın 2026-cı ilin ilk 7 ayında xarici ölkələrlə ticarət əməliyyatlarının həcmi 29 milyard 216 milyon dollar təşkil edib. Bu, illik müqayisədə 1,3% çoxdur.

Bu dövrdə Azərbaycanın ixracı 19 milyard 336 milyon dollar, idxalı isə 9 milyard 881 milyon dollar olub. İxrac 27% artdığı halda, idxal 27,4% azalıb.

Nəticədə Azərbaycanın xarici ticarət balansında 9 milyard 455 milyon dollarlıq profisit yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə yüksəkdir.