Sosial şəbəkədə biz:
Azərbaycan manatının dövretmə sürəti azalıb
Xəbər Şəkli

Azərbaycan manatının dövretmə sürəti azalıb

27 June 2026, 09:23
İqtisadiyyat

Bu ilin iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2.96 bənd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, bu, aylıq müqayisədə eyni, ilin əvvəli ilə müqayisədə 0.24 bənd, ötən ilin iyunun 1-nə nisbətən isə 0.4 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2.68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15.72 bənd) qeydə alınıb.