Ana səhifə / İqtisadiyyat / “Azərsu” 1 milyonluq çəkmə və sayğac qutusu alır – Qalib şirkətlər kimindir?

“Azərsu” 1 milyonluq çəkmə və sayğac qutusu alır – Qalib şirkətlər kimindir?

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) çəkmələrin və su sayğacı üçün qutuların satın alınması ilə bağlı tenderlərə yekun vurub. 
Qaynarinfo xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Create İndustry” MMC və “BS İndustry” MMC seçilib. 
“Create İndustry” ilə bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 418 489,36 AZN, “BS.İndustry” MMC ilə bağlanan bağlanacaq müqavilənin maliyyə dəyəri isə 415 360 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Create İndustry” MMC 7 fevral 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 14, mənzil 49-da yerləşir. MMC-nin qanuni təmsilçisi Bəkirov Elvin Nəsrəddin oğludur. 
“Create İndustru” MMC yarananda adı “AEGC İndustry” MMC olub. 2021-ci ildə şirkətin adı dəyişib. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 
“BS. İndustry” MMC isə 24 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 4, mənzil 896 A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Cümşüdova Səmayə Nəsimi qızıdır. 
Bu şirkət barəsində də açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Həmçinin oxuyun

BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər …