Bazar ertəsi , May 13 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda qoyunların sayı sürətlə azalır

Azərbaycanda qoyunların sayı sürətlə azalır

Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 7 milyon 223,2 min baş qoyun və keçi olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 8,9% və ya 705,2 min baş azalıb. Belə ki, 2022-ci ilin noyabr ayının əvvəlində ölkədə 7 milyon 928,4 min baş qoyun və keçi olub.
Onu da qeyd edək ki, son 5 ildə qoyun və keçilərin sayında daha kəskin azalma qeydə alınıb. 2019-cu ilin noyabr ayının əvvəli ilə müqayisədə qoyun və keçilərin sayı 14,5% azalıb.
Son 5 ilin noyabr aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub:

– 2019-cu ilin noyabr ayında – 8 milyon 451,9 min baş
– 2020-ci ilin noyabr ayında – 8 milyon 308,6 min baş
– 2021-ci ilin noyabr ayında – 8 milyon 197,3 min baş
– 2022-ci ilin noyabr ayında – 7 milyon 928,4 min baş
– 2023-cü ilin noyabr ayında – 7 milyon 223,2 min baş

Həmçinin oxuyun

İşğaldan azad olunan şəhərlərin baş planlarını kim və neçəyə hazırlayır? – SİYAHI

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ağdərə, Xocavənd və Xocalı şəhərlərinin baş planlarının hazırlanması məqsədiylə “Azərdövlətlayihə” …