Bazar ertəsi , May 13 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan banklarında artan pul: KİMİNDİR?

Azərbaycan banklarında artan pul: KİMİNDİR?

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 20,3 faiz artaraq cari ilin iyulun 1-nə milli valyuta ekvivalentində 12 milyard 748,8 milyon manat təşkil edib. 

Dövlət Statistika Komitəsinin yaydığı xəbərə görə, əmanətlərin 63,4 faizi milli, 36,6 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,7 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 9,4 faiz artıb. 

Cari ildə banklarda əmanətlərin artması nəyin nəticəsidir? 

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, ümumilikdə pandemiya dövründən sonra iqtisadi aktivlik yavaş-yavaş artır: 

“Əmanətlər sığortalanır və hamı da başa düşür ki, Avropada gedən müharibə fonunda yaxın illərdə neftin qiyməti düşməyəcək. Buna görə də milli valyuta da sabitdir. Milli valyutada da banklar əmanət üzrə 10-12 faiz verir. Ona görə də bu gün vətəndaşlar gedib banka pul qoyurlar. Eləcə də onların hamısı Azərbaycan vətəndaşı deyil, xaricilər də banklara pul qoyur. Ona görə də banklara qoyulan əmanətlər artıb”. 

Həmçinin oxuyun

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb

Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un …