Sosial şəbəkədə biz:
“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir
Xəbər Şəkli

“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir

09 April 2026, 15:30
İqtisadiyyat

2025-ci ilin yekunlarına əsasən, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” supermarket şəbəkələri Azərbaycanın pərakəndə sektorunda vergi ödənişləri üzrə lider mövqelərini bir daha təsdiqləyiblər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı siyahıya görə, “Araz” supermarketlər şəbəkəsi 46,4 milyon manat vergi ödəyərək sektor üzrə 1-ci yerdə qərarlaşıb.

Eyni zamanda, “OBA” marketlər şəbəkəsi 25,9 milyon manat vergi ödənişi ilə sektorda 2-ci yeri tutub.

Bu göstərici Veysəloğlu Şirkətlər Qrupunun  fəaliyyəti çərçivəsində dövlət qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirməsinə sadiqliyinin bariz nümunəsidir.