Sosial şəbəkədə biz:

Abbas Abbasov Rusiyadakı biznesini satıb

Abbas Abbasov Rusiyadakı biznesini satıb

Baş nazirin sabiq birinci müavini (1992-2006-cı illər) Abbas Abbasov Rusiyada fəaliyyət göstərən “Fermerskoe Xozayaistvo Timoxino” adlı şirkətdəki payını sataraq təsisçilikdən uzaqlaşıb.
Abbas Abbasov 2021-ci ilin iyul ayında “Fermerskoe Xozayaistvo Timoxino” şirkətinin 10 faizlik payını alaraq 3 təsisçidən biri olub.
Hazırda şirkətin yeganə təsisçisi Rusiya vətəndaşı Vladimir Kozyulindir.
Daha əvvəl Abbasovun “Fermerskoe Xozayaistvo Timoxino” şirkətindəki biznes ortaqları Vladimir Kozyulin (65%-lik pay) və Teymuraz Xixinaşvili (25%-lik pay) olub.
Qeyd edək ki, “Fermerskoe Xozayaistvo Timoxino” şirkəti 9 may 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət Moskva vilayəti, Yeqoryevsk şəhəri, Timoxino kəndi, bina 100 ünvanında fəaliyyət göstərir.
Şirkətin fəaliyyət sahəsinə ət və ət məhsullarının istehsalı daxildir.
Məlumat üçün bildirək ki, 2023-cü illə müqayisədə ötən il şirkətin ümumi gəlirləri 44,3% və ya 9,3 milyon rubl artsa da, xalis zərəri də 45% və ya 3,1 milyon rubl artaraq 10 milyon rubl olub. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol