Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / İqtisadiyyat / 246 manat olan yaşayış minimumu ilə yaşamaq olarmı?

246 manat olan yaşayış minimumu ilə yaşamaq olarmı?

Xəbər verdiyimiz kimi,  “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 17,1% və ya 36 manat artırılaraq 246 manata çatdırılması nəzərdə tutulub.
Bildiyimiz kimi ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Bəs görəsən minimum istehlak səbətini “doldura” bilmək üçün, yəni bir insanın öz həyatını davam etdirə bilməsi üçün 246 manat kifayət edərmi?

Yeniavaz.com-un apardığı hesablamalar göstərir ki, ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin, o cümlədən də kommunal xidmət tariflərini artdığı bir dövrdə 246 manatla istehlak səbətini “doldurmaq” mümkün deyil. Bunu istehlak səbətinin tərkibinə nəzər saldığımız zaman açıq şəkildə görə bilərik.

Qeyd edək ki, ölkədə minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib. Həmin tərkibdə yer alan ərzaq, qeyri-ərzaq malları və xidmətləri mövcud qiymətlərlə hesabladığımız zaman minimum istehlak səbətinin dəyəri (258,84 manat) gələn il üçün nəzərdə tutulan yaşayış minimumundan çox olur.
Onu da bildirək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsində gələn il üçün 6,9% inflyasiya (qiymət artımı) proqnozlaşdırılır. Bu isə o deməkdir ki, gələn il minimum istehlak səbətinin dəyəri yaşayış minimumundan (246 manat) təxminən 30 manat çox olacaq.

Həmçinin oxuyun

Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır

Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın “OOO Aeroekspress Media” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Bir mənbədən satınalma …