Şənbə , May 11 2024
Ana səhifə / İqtisadiyyat / 2023-cü ildə ən çox hansı şirkətlər avtomobil satıb? – Siyahı

2023-cü ildə ən çox hansı şirkətlər avtomobil satıb? – Siyahı

“Toyota Group” ötən il 10,8 milyon yeni avtomobil sataraq qlobal bazarda şəksiz lider olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Focus2Move” məlumat yayıb.

Bildirilib ki, bu, şirkətin 2022-ci ildə satdığı avtomobil sayısından 4,6 faiz çoxdur.

İkinci yerdə “Volkswagen Group” qərarlaşıb. Almaniya şirkəti ötən il 8,8 milyon avtomobil satıb ki, bu da 2022-ci ilin rəqəmlərini 10,9% üstələyir.
İlk üçlüyü Yaponiya firması “Hyundai-Kia” tamamlayır. Şirkət 2023-cü ildə 7,1 milyon ədəd avtomobil satışı həyata keçirib.

Onluğu Çin istehsalçısı BYD tamamlayır. Şirkət il ərzində bazarda öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilib – artım 46,3% təşkil edib.

Qeyd olunur ki, bu dinamika avropa avtomobil istehsalçılarında ciddi narahatlıq yaradır.
2023-cü ildə ən çox avtomobil satan şirkətlərin ilk onluğu aşağıdakı kimidir:

 “Toyota Group” – 10,8 milyon avtomobil;
“Volkswagen Group” – 8,8 milyon avtomobil;
“Hyundai-Kia” – 7,1 milyon avtomobil;
“Renault Nissan Alliance” – 6,9 milyon avtomobil;
“Stellantis” – 6,5 milyon avtomobil;
“General Motors” – 6,2 milyon avtomobil;
“Honda Motor” – 4,1 milyon avtomobil;
“Ford” – 3,9 milyon avtomobil;
“Suzuki” – 3,05 milyon avtomobil;
“BYD” – 2,6 milyon avtomobil.

Həmçinin oxuyun

BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər …