Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / 200 illik tarixi olan məşhur şirkət Azərbaycanı tərk edir

200 illik tarixi olan məşhur şirkət Azərbaycanı tərk edir

200 illik tarixi olan məşhur logistika şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.
Almaniyanın “DHL Global Forvarding” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “DHL Global Forvarding Azərbaycan” MMC (VÖEN – 1403459321 ) ləğv olunduğunu elan edib.
Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Mətbuat prospekti küçəsi, ev 35c ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “DHL Global Forvarding Azərbaycan” MMC 24.06.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 miyon 218 min 660 manat olan MMC-nin qanuni təmsiçisi Gürcüstan vətəndaşı olan Zurab Sapanadzedir.
Məlumat üçün bildirək ki, mərkəzi qərargahı hazırda Almaniyada – Bonn şəhərində yerləşən “DHL Global Forvarding” şirkəti 1815-ci ildə “Danzas” adı ilə  Fransanın Saint-Luis şəhərində qurulub. “DHL Global Forvarding” şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.

Həmçinin oxuyun

Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

“Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Avropa İttifaqı, həm də Çin …