Ana səhifə / İdman / Qurban Qurbanov təxribatçı sualı belə cavabladı

Qurban Qurbanov təxribatçı sualı belə cavabladı

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hekken”lə səfər matçından əvvəl mətbuat konfransı keçirib.

Mətbuat konfransında Q.Qurbanov İsveçli jurnalistin Qarabağda baş verən hadisələrlə bağlı sualına da cavab verib.
İsveçli jurnalist ona “Ermənilər Qarabağı tərk edirlər, bu sizə necə təsir edir?” sualını verib.
Qurban Qurbanov: “Hamı bilir ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Bu gün ordakı insanlar öz doğma ölkələrinə gedirlər. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Digər ölkənin nümayəndələrini çox yaxşı yola salırlar. Rahat şəkildə onlara şərait yaradılır, kömək edilir. Biz özümüzü daha yaxşı hiss edirik, çünki torpaqlarımız qayıdıb. Qarabağ Azərbaycandır, Azərbaycanın olub”.

Həmçinin oxuyun

Şahin Diniyevlə bağlı qərar verildi

“Səbail” klubu baş məşqçisi Şahin Diniyevlə bağlı qərarını açıqlayıb. Paytaxt təmsilçisinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən …