Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İdman / Qurban Qurbanov: “Bizim üçün tanış olmayan rəqib olacaq”

Qurban Qurbanov: “Bizim üçün tanış olmayan rəqib olacaq”

“Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatması nəticəsində rəqib olduqları Albaniya “Partizani”si barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis bildirib ki, Albaniya klubları çox intizamlı oyun göstərirlər: “Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” “Partizani” ilə ilk oyununu iyulun 9-10-da Tiranada, cavab görüşünü bundan bir həftə sonra Bakıda keçirəcək.

Həmçinin oxuyun

Güləşçilərimiz turnirdə 10 medal qazanıblar

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub. Azərbaycan …