Trend-in məlumatına görə, təmsilçimiz Loro Boriçi stadionunda, saat 21:00-da Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq.

Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Ola Hobber Nilsen, onun köməkçiləri Tom Harald Qronevik, Qeyr İsaksen, dördüncü hakim isə Kai Erik Steen olacaq. UEFA nümayəndəsi Roy Katkart (Şimali İrlandiya), hakim-inspektor isə Xuan Antonio Fernandes Marin (İspaniya) təyin edilib.

Xatırladaq ki, ilk turda “Qarabağ” Sloveniyanın “Olimpiya” klubunu mübarizədən kənarlaşdırıb (1:0, 0:0).