Şənbə , May 11 2024
Ana səhifə / İdman / “Optimist olmalıyıq ki…” – Millimizin baş məşçisi

“Optimist olmalıyıq ki…” – Millimizin baş məşçisi

“Beş gündür təlim-məşq toplanışındayıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Macarıstanla oyundan əvvəl olduğu kimi, yenə də zədə və başqa səbəblərdən bizə kömək edə bilməyəcək futbolçularımız var. Eddi İsrafilov komandaya qoşula bilmədi, Mahir Emreli və Rüfət Dadaşov isə zədəli olduğu üçün oyunda iştirak etməyəcək. Maksim Medvedevin də zədəsi var və meydana çıxmamaq ehtimalı az deyil”.

Bu fikirləri milli komandamızın baş məşçisi Nikola Yurçeviç Uelslə oyunöncəsi mətbuat konfransında dilə gətirib.

O, həmçinin son oyunda rəqibə qarşı yaxşı mübarizə apardıqlarının qeyd edib: “Qarşılaşmanın başa çatmasına təxminən 5 dəqiqə qalmış məğlub olmuşuq. Həmin oyunlarda bəxtimiz də gətirməyib. Uelslə oyundan əvvəl optimist olmalıyıq ki, qarşıdakı oyunlarda nəticələrimiz yaxşı olsun. Əlbəttə, zədəli futbolçularımız mütəmadi olaraq əsas heyətdə meydana çıxanlardır və onları əvəz etmək asan deyil. Ümid edirik ki, həmin oyunçuların əvəzinə meydana çıxacaq futbolçular tapşırıqların öhdəsindən layiqincə gələcəklər.

Yurçeviç sabahkı oyunla bağlı ümidli olmasını isə belə əsəslandırıb: “Məni sabahkı oyunla bağlı ümidli edən son 4 oyunun analizləridir. Uelslə görüşün sonuna yaxın qol buraxdıq, məğlub olduq. Xorvatiya ilə matçdan xalla ayrıldıq. Bəhreyinlə isti hava şəraitində oynamağımıza baxmayaraq, qələbə qazandıq. Macarıstanla oyunun son 15-20 dəqiqəsində yaxşı çıxış etdik, hətta qol vurduq, amma hakim bunu qeydə almadı və 1 xalımızı “oğurladı”. Heyəti açıqlamamaqla hansısa sirri qorumuruq.  Sadəcə, bəzi futbolçular var ki, onların oynayıb-oynamayacağını son məşqdən sonra biləcəyik. Oyunöncəsi məşq isə mətbuat konfransından sonra başlayacaq”.

Həmçinin oxuyun

Azərbaycan güləşçisi Paris-2024-ə vəsiqə qazandı – FOTO

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, Türkiyənin …