Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / İdman / Millimizin sabiq üzvü ardıcıl 4-cü oyunda qol vurdu

Millimizin sabiq üzvü ardıcıl 4-cü oyunda qol vurdu

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Berlin təmsilçisi 10-cu turda səfərdə “Germaniya Halberstat”la qarşılaşıb.

Görüş həmyerlimizin komandasınn 5:4 hesablı məğlubiyyəti ilə nəticələnib. “Dinamo”nun bir qolunu Rüfət Dadaşov vurub. Bu, Dadaşovun son 4 oyunda vurduğu 7-ci qoldur.

“Dinamo” hazırda 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.

Həmçinin oxuyun

“Premyer Liqada klubların sayında artım olmayacaq” – Rövşən Nəcəf

Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq. Bunu AFFA-nın İcraiyyə …