Cümə axşamı , May 23 2024
Ana səhifə / İdman / Maradonanın ölümü ilə bağlı şok iddia! 8 nəfər mühakimə olunacaq

Maradonanın ölümü ilə bağlı şok iddia! 8 nəfər mühakimə olunacaq

Argentina və dünya futbolunun əfsanəvi adlarından biri olan Dieqo Armando Maradona 2020-ci ildə dünyasını dəyişib. Əfsanəvi futbolçunun ölümündən sonra açılan iddia ilə bağlı məhkəmə prosesinin başladığı öyrənilib.

Argentina və dünya futbolunun əfsanəvi siması Diyeqo Armando Maradonanın ölümü ilə bağlı yeni məhkəmə prosesi başlanılıb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, əfsanə futbolçu 2020-ci ildə vəfat etməsinə baxmayaraq, onun ölümü ilə bağlı şübhələr hələ də aradan qalxmayıb.

Belə ki, Maradonanın qızları Dalma və Gainninanın şikayətləri əsasında 8 nəfər məhkəmə qarşısına çıxarılacaq. Həmin şəxslər aşağıdakılardır:

Neyrocərrah: Leopoldo Luque

Psixiatr: Agustina Kosaçov

Psixoloq: Karlos Diaz

Maradonanın evində çalışmış həkim: Nensi Forlini

Tibb bacısı koordinatoru: Mariano Perroni Tibb bacısı: Rikardo Omar Almiron

Tibb bacısı: Dahina Gisela Madrid

Klinika həkimi: Pedro Di Spagna

Maradonanın qızı Dalma “İnstaqram” hesabında məhkəmə prosesi ilə bağlı paylaşım edib. O, atasının ölümündən 1000 gün keçdiyini və onun ölümündə günahkar olan hər kəsin öz cəzasını alacağını qeyd edib:

“Dünyanın ən pis 1000 günü… Atam ölmək istəmirdi. Bunu siz etdiniz. Bunun əvəzini bir-bir ödəyəcəksiniz”.

Xatırladaq ki, Maradona 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Həmçinin oxuyun

Güləş üzrə yığmamız Avropa çempionu olub

Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. Millimiz qitə birinciliyində uğurlu …