Ana səhifə / İdman / Maradona valideynlərinin yanında dəfn edildi

Maradona valideynlərinin yanında dəfn edildi

Dünya futbolunun əfsanəsi, Argentina millisinin sabiq oyunçusu və milli komandanın keçmiş baş məşqçisi Diyeqo Maradona dəfn edilib.

Maradona Buenos-Ayresdən 35 kilometr aralıda yerləşən Bella-Vistadadı qəbiristanlıqda dəfn olunub.

Dəfn mərasimi məhdud çərçivədə baş tutub. Maradona valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, argentinalı futbol ulduzu bir neçə gün öncə 60 yaşında dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Azvision.az

Həmçinin oxuyun

“Premyer Liqada klubların sayında artım olmayacaq” – Rövşən Nəcəf

Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq. Bunu AFFA-nın İcraiyyə …