Bazar ertəsi , May 20 2024
Ana səhifə / İdman / Hacı Əliyev Minskdə qızıl medal qazandı

Hacı Əliyev Minskdə qızıl medal qazandı

“Minsk 2019”un sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Hacı Əliyev finalda Gürcüstan təmsilçisi Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş üçqat dünya və üçqat Avropa çempionu olan Hacı Əliyevin qələbəsilə yekunlaşıb. Bununla da, təmsilçimiz ikinci Avropa Oyunlarının qızıl medalına sahib olub. 

Qeyd edək ki, Hacı Əliyevin finalda məğlub etdiyi güləşçi olimpiya çempionudur.

Həmçinin oxuyun

Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü

Tanınmış karateçi Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşüb. Karatenin “Qara brilliant”ı fərdi yarışlarda ən çox …