Şənbə , May 11 2024
Ana səhifə / İdman / Dünyanın ən bahalı futbolçularının reytinq siyahısı açıqlanıb

Dünyanın ən bahalı futbolçularının reytinq siyahısı açıqlanıb

“CİES Football Observatory” araşdırma mərkəzi dünyanın ən bahalı futbolçularının reytinq siyahısını tərtib edib.

Apasport.az saytının məlumatına görə, cədvələ Fransa millisinin və PSJ-nin hücumçusu Killian Mbappe başçılıq edir.

Onun qiyməti 265,2 milyon avroya yüksəlib. İngiltərə millisinin və “Mançester Siti”nin forvardı Rahim Sterlinq 2-ci sıranı ələ keçirib. İlk “üçlüy”ü Misir millisinin və “Liverpul”un aparıcı üzvü Məhəmməd Salah qapayır.

“Barselona”nın argentinalı futbolçusu Lionel Messi siyahıda 8-ci yerə enib. “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo isə 49-cu pilləyə yuvarlanıb. Hər iki futbolçunun son illərdə geriləməsi yaş amili ilə bağlıdır.

1. Kilian Mbappe (PSJ, Fransa) – 265,2 milyon avro
2. Rahim Sterlinq (Mançester Siti, İngiltərə) – 223,7 milyon avro
3. Məhəmməd Salah (Liverpul, Misir) – 175,1 milyon avro
4. Ceydon Sanço (Borussiya D, İngiltərə) – 168,9 milyon avro
5. Sadio Mane (Liverpul, Seneqal) – 155,6 milyon avro
6. Harri Keyn (Tottenhem Hotspur, İngiltərə) – 150,5 milyon avro
7. Markus Reşford (Mançester Yunayted, İngiltərə) – 134,3 milyon avro
8. Lionel Messi (Barselona, Argentina) – 125,5 milyon avro
9. Antuan Qrizmann (Barselona, Fransa) – 123,6 milyon avro
10. Lautaro Martines (İnter, Argentina) – 115,7 milyon avro

Həmçinin oxuyun

Azərbaycan güləşçisi Paris-2024-ə vəsiqə qazandı – FOTO

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, Türkiyənin …