Şənbə , May 18 2024
Ana səhifə / İdman / Belə rəqibə qarşı qol buraxmamalıydıq – Millinin baş məşqçisi

Belə rəqibə qarşı qol buraxmamalıydıq – Millinin baş məşqçisi

“Bu gün çox gərgin oyun olacağını bilirdik. Lakin hər şeyə rəğmən biz yaxşı çıxış etdik”.

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belçika yığmasına 0:1 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, komanda daha çox öz üzərində işləməlidir: “Ağır oyun olsa da, 90 dəqiqə ərzində ağıllı çıxış etdik. Belə rəqibə qarşı qol buraxmamalıydıq. Fikrimcə, komanda yaxşı oyun göstərdi. Sevindim ki, millinin prezidenti bizimlə gəlib görüşdü və oyundan razı qaldığını bildirdi. Bu sevindirici haldır. Ümumilikdə futbolçular öz vəzifələrini yaxşı şəkildə yerinə yetirdilər. Biz topla yaxşı oynayaraq, rəqibimizi yormaq istəyirdik. Buna da nail olduq”.

Həmçinin oxuyun

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Şarjah Masters şahmat turnirində 4-cü turun görüşləri keçirilib. İdman.biz xəbər verir ki, …