Çərşənbə , May 15 2024
Ana səhifə / İdman / Azərbaycanlı idmançı 5 raund sınıq əllə döyüşüb qalib gəldi – Video

Azərbaycanlı idmançı 5 raund sınıq əllə döyüşüb qalib gəldi – Video

“Bu günə kimi peşəkar olaraq 13 döyüşüm olub. On birində qələbə qazanmışam, ikisi isə məğlubiyyətlə nəticələnib.Bir dəfə döyüş zamanı ani səhvdən birinci raundda nokauta düşdüm”.

Bunu Baku TV-yə açıqlamasında kikboksinq üzrə Azərbaycan milli komandasının üzvü Elxan Əliyev bildirib.

Almaniyanın paytaxtı Berlində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirdə “WAKO PRO” Avropa kəmərinin sahibi olan Elxan Əliyev həmin yarışda rinqə sınıq əllə çıxdığını deyib:

“Bu turnirdən əvvəl keçirilən dünya çempionatında finala çıxış görüşündə əlim sındı. Əlimi heç işlədə bilmirdim. Amma Berlindəki turnirdə iştirak etməli və qalib olmalıydım. Başqa düşüncəm yox idi. Rinqə çıxanda hər vurduğum zərbədə əlim ağrıyırdı, elə bil ki, yenidən sınmışdı. Buna baxmayaraq, qələbə istəyi var idi. Döyüşdüm və orada da qalib gəldim. Düzdür, çətin oldu. Rəqibim də çox güclü idi. Beş raund döyüş oldu, hər şey yaxşı keçdi”.

Ətraflı süjetdə:

Həmçinin oxuyun

“Premyer Liqada klubların sayında artım olmayacaq” – Rövşən Nəcəf

Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq. Bunu AFFA-nın İcraiyyə …