Sosial şəbəkədə biz:

Qadın güləşçimiz Avropa çempionatının qalibi oldu

05 July 2024, 08:14
Gündəm

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının qızıl medalını qazanıb.

Belə ki, 59 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlayan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçilərimizdən Elvina Kərimzadə (50 kq) və Nərgiz Səmədova (55 kq) isə yarışı mükafatsız başa vurublar.