Sosial şəbəkədə biz:

Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb – Siyahı

Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb – Siyahı
Xəbər Şəkli
19 August 2026, 00:21
İqtisadiyyat

Bu ilin iyul ayında Gürcüstandan xarici ölkələrə ümumilikdə 39 milyon dollar (102,8 milyon lari) pul köçürülüb.
B
u barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Bildirilir ki, bu göstərici 2025-ci ilin iyul ayı ilə müqayisədə 4,7% çoxdur. Belə ki, ötən ilin eyni dövründə Gürcüstandan xaricə 37,3 milyon dollar köçürülüb.
Məlumata əsasən, bu ilin iyulunda Gürcüstandan ən çox pul Azərbaycana göndərilib. Beləliklə, Azərbaycan Türkiyəni geridə qoyaraq xaricə pul köçürmələri üzrə ilk pilləyə yüksəlib. Ötən ilin iyulunda isə ən çox vəsait Türkiyəyə köçürülüb.
2026-cı ilin iyulunda Gürcüstandan ən çox pul köçürülən 10 ölkə aşağıdakı kimi olub:
Azərbaycan – 6,985 milyon dollar
Türkiyə – 6,435 milyon dollar
Rusiya – 3,663 milyon dollar
Ukrayna – 2,436 milyon dollar
Özbəkistan – 2,430 milyon dollar
Yunanıstan – 2,247 milyon dollar
Qazaxıstan – 1,916 milyon dollar
İtaliya – 1,395 milyon dollar
Almaniya – 1,168 milyon dollar
Ermənistan – 1,029 milyon dollar
Onu da bildirək ki, iyul ayında Gürcüstana daxil olan pul köçürmələrinin həcmi də artım göstərib. Belə ki, 2026-cı ilin iyulunda Gürcüstana xaricdən 350,05 milyon dollar (922,2 milyon lari) pul köçürülüb. Bu, 2025-ci ilin iyulu ilə müqayisədə 13,1 milyon dollar və ya 3,9% çoxdur.
Milli Bankın statistikasına əsasən, iyul ayında Gürcüstana daxil olan xarici pul köçürmələrinin 97,6%-i 29 əsas tərəfdaş ölkənin payına düşüb. Bu ölkələrin hər birindən Gürcüstana 1 milyon dollardan çox vəsait daxil olub. İyul ayında Gürcüstana ən çox pul ABŞ-dən köçürülüb. ABŞ-dən Gürcüstana pul köçürmələri illik müqayisədə 11,2% artaraq 67,8 milyon dollara çatıb. İsraildən köçürmələr 21,6% artaraq 29,3 milyon dollar, Türkiyədən göndərilən vəsait isə 21,8% artaraq 12,2 milyon dollar təşkil edib.
Rusiyadan Gürcüstana pul köçürmələrində isə azalma davam edib. Belə ki, iyul ayında Rusiyadan Gürcüstana 42 milyon dollar göndərilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 7,15% azdır.
Gürcüstana daxil olan pul köçürmələrində ən böyük pay isə Avropa İttifaqı ölkələrinin payına düşüb. İyul ayında Aİ ölkələrindən Gürcüstana ümumilikdə 153 milyon dollar köçürülüb. Bu məbləğ ümumi pul köçürmələrinin təxminən 44%-ni təşkil edib və illik müqayisədə 2,4% artıb. Aİ ölkələri arasında İtaliya, Almaniya və Yunanıstan Gürcüstana ən çox pul göndərən ölkələr sırasında yer alıb. Yeniavaz