Sosial şəbəkədə biz:

Əməkdar artist koronavirusdan vəfat etdi

30 August 2021, 13:31
Gündəm

Dağıstanın Ləzginka Dövlət Akademik Rəqs Ansamblında orkestrə rəhbərlik edən Azərbaycanın və Rusiyanın Əməkdar artisti Mutay Xadulayev 81 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dağıstanın mədəniyyət naziri Zarema Butaeva məlumat verib.

“Mutay Xadulayev koronavirusa yoluxdu və vəfat etdi. Elə bu yaxınlarda, may ayında 80 yaşı tamam olmuşdu”,- deyə nazir bildirib.