Sosial şəbəkədə biz:
Rusiya hökuməti: Şərait imkan verən kimi Rəşt–Astara dəmir yolu xətti üzrə işlər bərpa olunacaq
Xəbər Şəkli

Rusiya hökuməti: Şərait imkan verən kimi Rəşt–Astara dəmir yolu xətti üzrə işlər bərpa olunacaq

17 April 2026, 00:11
Gündəm

Rəşt–Astara dəmir yolu xəttinin tikintisi Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması üçün vacib əhəmiyyət daşıyır.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Biz təbii ki, Rəşt–Astara dəmir yolunun çatışmayan hissəsinin tikintisində maraqlıyıq və bunu Şimal–Cənub dəhlizinin formalaşmasının mühüm elementi hesab edirik”, - Overçuk bildirib.

O qeyd edib ki, bu marşrut İran limanlarını Rusiyanın Baltik dənizindəki limanları ilə birləşdirəcək: “Bu dəhliz İran İslam Respublikasının limanlarını Rusiyanın Baltik dənizində yerləşən limanları ilə birləşdirir, buna görə də biz bu layihədə çox maraqlıyıq”.

Overçuk vurğulayıb ki, müharibədən əvvəl tikinti ilə bağlı işlər aktiv şəkildə aparılıb: “Torpaq sahələrinin alınması üzrə işlər həyata keçirilirdi və mart ayının əvvəlinə qədər ərazilərin böyük hissəsi artıq alınmışdı”.

Baş nazirin müavininin sözlərinə görə, ilkin texniki hazırlıq işlərinə də başlanılıb: “Rusiya şirkətləri topoqrafik və geodeziya işlərinə başlamış, faktiki olaraq tikinti üçün zəruri şəbəkəni qurmuşdular”.

Overçuk əlavə edib ki, şərait imkan verən kimi layihə üzrə işlər bərpa olunacaq: “Şərait yaranan kimi biz bu işləri yenidən davam etdirəcəyik”.