Sosial şəbəkədə biz:
Kiyevdə atışma zamanı ölənlərin sayı altıya çatıb, 15 nəfər yaralanıb
Xəbər Şəkli

Kiyevdə atışma zamanı ölənlərin sayı altıya çatıb, 15 nəfər yaralanıb

19 April 2026, 11:05
Dünya

Kiyevin Qoloseyevski rayonunda küçədə və supermarketdə baş verən atışma nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko "Telegram" kanalında bildirib.

"Atışma zamanı xəsarət alan və daha əvvəl xəstəxanaya yerləşdirilən 10 nəfərdən biri xəstəxanada vəfat edib. Bu, 30 yaşlarında qadındır. Onun şəxsiyyəti müəyyənləşdirilir", - o yazıb.

Qeyd olunur ki, ümumilikdə 15 nəfər xəsarət alıb, onlardan altısına hadisə yerində yardım göstərilib.