Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Gündəm / Bakı Gənclər Mərkəzi, Od çərşənbəsini belə qeyd etdi- Foto

Bakı Gənclər Mərkəzi, Od çərşənbəsini belə qeyd etdi- Foto

Bakı Gənclər Mərkəzi, Od çərşənbəsini 2-ci Qarabağ müharibəsi zamanı canından keçmiş əziz şəhidlərimizin övladları ilə birgə keçirdi. Torpaqlarımız uğrunda canından keçən qəhrəmanları bir daha anmaq, onların övladlarına qayğının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalar üçün “Əlvan Qönçələr” adlı əyləncəli tədbir təşkil olunub.

Əvvəlcə uşaqlar mərkəzimizin kinozalında “Asteriks sihirli iksirin sırrı” adlı filmi maraqla izləyiblər.

Ardınca şəhid övladları üçün bayram süfrəsi açılmışdır.

Daha sonra Novruz bayramın ayrılmaz üçlüsü olan Bahar qızı, Kosa və Keçəl şəhid övladlarını xüsusi diqqət və qayğı ilə əhatə edərək, onlarla maraqlı bir gün keçirdilər. Müxtəlif oyunlar, rəqslər, eləcədə şeir və mahnılar oxuyaraq onların yadında qalacaq bir bayrama çevirdilər.

Maraqlı və yadda qalan günün sonunda Mərkəzin direktoru Nərgiz Babayeva tərəfindən müxtəlif hədiyyələr təqdim edilmişdir

Bu gün baş tutan “Əlvan Qönçələr” adlı əyləncəli tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Əlbəttə, şəhidlərimizin ailələri üçün nə etsək də, bizim rahat gələcəyimiz üçün canlarını qurban vermiş bu igidlərimizin haqlarını ödəyə bilmərik! Amma uşaqların bugünkü sevinclərini, xoşbəxt anlarını seyr etmək hər kəsin qəlbini oxşayır.

Həmçinin oxuyun

Oteldəki zəhərlənmə ilə bağlı yeni şok iddia – Dərman içiblər?

Bakıda 4 dostun oteldə zəhərlənməsi mövzusu hələ də gündəmdədir. Ailələr dostların oteldəki qidadan zəhərləndiklərini iddia …